AZ

Miodraq Bojoviç: “Bir az bəxtimiz gətirdi”

“Bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. Ona görə yox ki, “Qəbələ” Premyer Liqada qalmaq üçün mübarizə aparır. “Qəbələ” yaxşı komandadır. Təcrübəli baş məşqçisi var. İlk hissə elə də maraqlı keçmədi. Futbolçular yaxşı nəfəs ala bilmirdilər. Kilan Lebon şəxsi keyfiyyətləri sayəsində gözəl qol vurdu. İkinci hissədə açıq oyun gedirdi və hər iki tərəfdə səhvlər var idi. Biz də qol vura bilərdik, rəqib də. Qələbə qazandıq. Amma bir az bəxtimiz gətirdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Qəbələ”(0:1) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

Çempionatda bütün komandalar demək olar ki, eyni səviyyədədir. Digər komandalarla müqayisədə son vaxtlarda bizim keyfiyyətimiz bir az artıb. İndi daha çox qol epizodu yaradırıq və qollar vururuq.

 Son iki oyunda qol buraxmamışıq. Komanda 11 oyunçu ilə müdafiə olunur. Bəli, bu gün ikinci hissədə çoxlu səhvlər etdik”.

Seçilən
105
5
Mənbələr
Şərh ()
Bağla