AZ

Rusiyada törədilən terror aktı nəticəsində ölənlərin sayı artdı

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktında həyatını itirənlərin sayı 144-ə yüksəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko açıqlama verib.

Moskvada jurnalistlərə açıqlama verən nazir, martın 22-də “Crocus City Hall” konsert salonunda törədilən terror aktı nəticəsində yaralananların müalicəsinin davam etdiyini bildirib:

"Təəssüf ki, vəziyyəti son dərəcə ağır olanlardan biri bu gün dünyasını dəyişib. Həkimlər yaralıların müalicəsi üçün mümkün olan hər şeyi edir. Hazırda 69 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir”. 

Qeyd edək ki, bununla da terror aktı nəticəsində həyatını itirənlərin sayı artaraq 144 nəfərə çatıb.

Aysu
Demokrat.az
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla