AZ

Ermənistanda Vladimir Solovyovun verililərinə qadağa qoyuldu

Ermənistan sakinləri daha Vladimir Solovyovun adətən “RTR-Planeta” kanalında yayımlanan tok-şoularına televiziyada baxa bilməyəcəklər.

Editor.az bildirir ki, bu mesajı ölkənin Televiziya və Radio Şəbəkəsinin mətbuat xidməti yayıb. Mətbuat xidməti aydınlaşdırıb ki, Ermənistan tərəfi bu verilişlərdə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında Rusiya-Ermənistan hökumətlərarası sazişinin iki maddəsinin mütəmadi olaraq pozulması hallarını qeydə alıb. Söhbət daxili siyasi həyata müdaxilənin qadağan edildiyi 5 və 6-cı maddələrdən, eləcə də hər iki ölkəni və onların xalqlarını təhqir edən proqramlardan gedir.

Müvafiq olaraq, “RTR-Planeta” telekanalının bütövlükdə yayımı ictimai multipleksdə davam edəcək, yəni Ermənistanın bütün sakinləri üçün əlçatan olacaq, lakin Solovyovun verilişlər şəbəkədən kəsiləcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla