AZ

Qurbanov, sən neylədin? - VİDEO

Azərbaycan I Liqasında XIX turun oyunları keçirilir. Son 3 turda məğlubiyyətləri sıralayan "Karvan" doğma meydanda "Difai"ni qəbul edib. Qarşılaşma 0:0 hesablı bərabərlikilə başa çatıb.
Oyunun axarının tablodakı rəqəmlərlə üst-üstə düşməsini demək olmaz. «Fədailər» qonaq qismində çıxış etsə də, daha yaxşı təsir bağışlayıb. Elgiz Kərəmlinin çalışdırdığı Qarabağ qazilərinin təmsilçisi ev sahiblərindən üstün oynayıb, di gəl, ilk dəqiqələrdən bəxtsizliklə üzləşib. İlham Allahverdiyevlə ön xətdə fəallıq göstərən Ağsu komandası fasiləyədək 3 imkanı qaçırıb. Kristian Kamta, Əbil Əbilov və Bayraməli Qurbanov əlinə düşən fürsəti boşa verib.
Yevlaxlılar fasilədən sonra özünə gəlməyə çalışıb. Bu, onlarda ötəri alınıb. İkinci hissənin gedişində meydhana çıxan kot d’İvuarlı hücumçu İsmael Sanoqonun qapı tirindən dönən zərbəsini saymasaq, «Karvan» qonaqların qapıçısı Əlirza Müştəbəzadəyə ciddi narahatlıq yaşada bilməyib. Əvəzində «Difai» 90+4-cü dəqiqədə iki dəfə qolla burun-buruna gəlib. Öncə Kamtanın ötürməsini cərimə meydançası daxilində qəbul edən Qurbanov müdafiəçini keçib əlverişli mövqeyə çıxsa da, zərbəsi dirəkdən dönüb. Epizodun davamında da Rəhman Quliyev digər dirəyi nişan alıb.
Xallarını 28-ə yüksəldən "Karvan" turnir cədvəlnin 5-ci pilləsində qərarlaşıb. 13 xalı olan "Difai" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla