Odessada partlayışlar baş verib.
Bu barədə Ukraynanın “New Voice” radiosuməlumat yayıb.
“Cümə günü Odessada partlayış səsləri eşidildi. Şəhər və rayonda hava hücumu xəbərdarlığı elan edilib”, – jurnalistlər yazır.
Yerli vaxtla saat 14:21-dəUkrayna Hərbi Hava Qüvvələri Odessa istiqamətində raket atılması barədə məlumat verib. Daha sonra 15 dəqiqə sonra raket təhlükəsi ləğv edilib.