AZ

Qurban Qurbanovu “Azərbaycanın Aleks Ferqüsonu” adlandırdılar - VİDEO

«Qarabağ» bu mövsüm avrokuboklarda özünün ən yeni tarixini yazdı.

Bir Azərbaycan klubu olaraq qitə arenasında ilkə imza atdılar.

Avropa Liqasında qrupdan çıxmağın sevincini yaşamaqla kifayətlənmədilər. Pley-off mərhələsində «Braqa»nı üstələdilər.

1/8 final mərhələsində isə sadəcə, bəxtləri gətirmədi.

Hazırda Avropanın ən güclü komandası sayılan «Bayer»lə hər iki qarşılaşmada 2:0 hesabıyla önə çıxsalar da, sonda bəxtsizlik və hakim qərəzi ilə üzləşdilər.

Bu isə Qurban Qurbanovu yenidən beynəlxalq medianın gündəminə gətirdi. Türkiyədən olan həmkarlarımız indi onu «Azərbaycanın Ser Aleks Ferqüsonu» adlandırır.

16 ildir «Qarabağ»ı çalışdıran mütəxəssisi «Mançester Yunayted»in əfsanəvi məşqçisi ilə müqayisə ediblər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla