AZ

Mahmud Abbas erməni qadını nazir qoydu...

Image

Fələstin Milli administrasiyasının prezidenti Mahmud Abbas sayca 19- cu hökumətin tərkibini elan edib.Yeni hökumətdə milliyyətcə erməni  Varsen Aqabaqyan Xarici işlər və xaricdəki həmvətənlər üzrə dövlət naziri təyin olunub.

Ağabekyanın 1958-ci ildə İordaniyada anadan olduğu bildirilir. O, Prezidentin Fələstində Kilsə İşlərinə Nəzarət üzrə Ali Komitəsinin üzvüdür. 1983-cü ildə ABŞ-ın İndiana ştatının Purdue Universitetində magistr dərəcəsi, Pittsburq Universitetində isə siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Qüds Universitetində dosent, sonra dekan vəzifəsində çalışıb. 

Nahid Salayev






phrase_var_article.chosen
39
37
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close