AZ

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə COP29-la bağlı potensial tərəfdaşlığı müzakirə edib

Bakı. Trend:

BMT nümayəndəsi Alessandra Rokkasalvo ilə görüşdə dayanıqlıinkişaf üçün maliyyələşmə mexanizmləri, COP29-la bağlı potensialtərəfdaşlıq və digər məsələlər müzakirə olunub.

Trend xəbər verir ki,iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş MillətlərTəşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsininsəlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

Görüşdə iqtisadiyyat naziri ölkəmizin BMT və onun təşkilatlarıilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Azərbaycaniqtisadiyyatının inkişaf tendensiyası və əldə edilən nəticələr,Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı görülən işlər,işğaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası istiqamətindəhəyata keçirilən tədbirlərlə bağlı məlumat verilib.

Alessandra Rokkasalvo təmsil etdiyi qurumun Azərbaycanlaəməkdaşlıq çərçivəsindən məmnunluğunu ifadə edib, müxtəlifsektorlar üzrə inkişaf tədbirlərini nəzərdə tutan layihələrin,həmçinin, DİM-lərə investisiyaların cəlb olunmasının əhəmiyyətiniqeyd edib, COP29-la bağlı dəstəyə hazır olduqlarını bildirib.

Görüşdə əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən,dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi,işğaldan azad olunmuş ərazilərə qayıdış, enerji səmərəliliyinəinvestisiyaların artırılması istiqamətində layihələrinperspektivləri, COP29-la bağlı potensial tərəfdaşlıq müzakirəolunub.

Seçilən
56
9
Mənbələr
Şərh ()
Bağla