AZ

“Neftçi” səfərdə “Qəbələ”yə qalib gəldi

Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilir.

Yenisabah.az xəbər verir ki, turun açılış matçında "Neftçi" autsayder "Qəbələ"nin qonağı olub. Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" xallarının sayını 43-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.

16:30. “Qəbələ” – “Neftçi” - 0:1 

Qol: Kilan Lebon, 42

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı

Qəbələ şəhər stadionu


Telegram kanalımız
Seçilən
152
12
Mənbələr
Şərh ()
Bağla