AZ

Levandovski növbəti mövsümə digər İspaniya klubunda başlaya bilər

“Barselona”nın hücumçusu Robert Levandovski yayda Kataloniya təmsilçisini tərk edə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.

Xəbərə görə, Polşa millisinin forvardının xidmətində “Atletiko Madrid” və bir neçə Səudiyyə Ərəbistanı təmsilçisi maraqlıdırlar. Mənbə Levandovskinin özünün iş yerini dəyişməyə can atmadığını, lakin vəziyyət mürəkkəbləşəcəyi halda, “Barsa”dan ayrılacağını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 39 oyuna çıxan Levandovski 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı ulduz futbolçunun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla