AZ

"Hədəfimiz pley-offda uğurumuzu davam etdirməkdir"

"Hədəfimiz pley-offda uğurumuzu davam etdirməkdir".

Sportinfo.az xəbər verir ki, bunu "Azərreyl"in voleybolçusu Benda Qabrielle "Murov Az Terminal"a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan çempionatının XVIII turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Oyunçu qarşılaşmanın çox çətin keçdiyini bildirib:

"Rəqibin güclü müqavimət göstərəcəyini bilirdik. Hər bir komanda yoldaşımla qələbə uğrunda apardıqları mübarizədən dolayı qürur duyuram.

Məqsədimiz komanda ruhunda qalmaq, müsbət enerjini davam etdirmək və bir olmaqdır. Hesab edirəm ki, bu birliyi nümayiş etdirə bildik.

İndi bu bütünlük ruhunu davam etdirməyi, növbəti oyunlarda da qalib gəlməyi və turnir cədvəlindəki yerimizi qorumağı düşünürük".

"Azərreyl" 45 xalla birinci pillədə qərarlaşıb. İkinci sıradakı "Murov Az Terminal"ın 37 xalı var.

Seçilən
16
22
Mənbələr
Şərh ()
Bağla