AZ

"Arsenal"a qarşı oynamayacaqlar

style='margin-bottom:10px;'>

“Mançester Siti”nin müdafiəçiləri Con Stounz və Kayl Uoker Premyer Liqanın 30-cu turunun “Arsenal”la ev oyununda komandalarına kömək etməyəcəklər.

QOL.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola danışıb.

Stounz və Uoker İngiltərənin Belçika və Braziliya ilə yoldaşlıq oyunları zamanı zədə alıblar. Qvardiola isə həmin oyunçuların London təmsilçisi ilə matçda meydana çıxmayacağını bildirib:

"Kaylın zədəsi Condan daha ciddidir, amma onlar neçə oyunda meydana çıxmayacaqlar".

Xatırladaq ki, “Arsenal” martın 31-i "Etihad" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla