AZ

Peter Stano: “Aİ-ABŞ-Ermənistan görüşü İrəvana heç bir zəmanət verməyəcək”

“Aİ-ABŞ-Ermənistan görüşünün İrəvanın təhlükəsizlik zəmanətlərinə həsr olunacağı ilə bağlı yayılan məlumatlar doğru deyil”.

Bizim.Media xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib.

Stano bildirib ki, planlaşdırılan görüş Aİ-ABŞ-Ermənistan münasibətlərindən başqa digər məsələlərə toxunmayacaq.
O əlavə edib ki, görüşün keçirilməsində əsas diqqət Ermənistan iqtisadiyyatının sabitliyi və ikitərəfli əməkdaşlığa yönələcək.

Bizim.Media
 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla