AZ

Bolqarıstan Prezidenti Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Martın 29-da Bolqarıstan Respublikasının Prezidenti Rumen RadevAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, RumenRadev Bakıya nəzərdə tutulan səfərinin ölkəsindəki daxili siyasiöhdəliklər səbəbindən gözlənilmədən təxirə salınmasındantəəssüfləndiyini bildirib.

Dövlət başçıları qarşılıqlı maraq kəsb edən sahələrdə ikitərəfliəməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.İki ölkə arasında enerji, sərmayələr, nəqliyyat bağlılığı, habeləbiznes təmaslarının təşviqi sahələrində tərəfdaşlığın inkişafetdirilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb.Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi üçün ikitərəflisənədlərin işçi qaydada razılaşdırılma prosesində olduğu qeydedilib. Telefon danışığı əsnasında prezidentlər diplomatik kanallarvasitəsilə səfərin yeni tarixlərinin razılaşdırılacağınıbildiriblər.

phrase_var_article.chosen
37
49
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close