AZ

İran səfirinə suallar- "Zaqafqaziya var?”, “Qərbi regiona gətirən Ermənistanın adını niyə açıq demirsiz?”

Image

Bünyamin Qəmbərli: “Bu, İranın ikiüzlülüyünü, Azərbaycana olan münasibətini göstərən əsl nümunədir”

İranın Rusiyadakı səfiri Kazım Cəlali Qərbin Cənubi Qafqaza yerləşməsindən danışıb. Səfir vurğulayıb ki, İran tərəfi həmişə qonşularına regiondan kənar qüvvələrin bölgədə olmasının Tehranın maraqlarına uyğun olmadığını deyib. Onun sözlərinə görə, regional problemləri region ölkələri həll etməlidir:

“Biz əminik ki, regiondankənar qüvvələr ölkələrimiz üçün faydalı ola bilməz”.

Qeyd edək ki, regiondan kənar qüvvələri Cənubi Qafqaza - öz ərazisinə Ermənistan dəvət edib və sərhəddə Aİ missiyasını yerləşdirib. Bu məqam İranı da ciddi narahat etməkdədirsə, niyə Ermənistanın adını açıq çəkmir və ümumi anlamda danışır? 

Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,

İranın strateji dostu Ermənistandır: ”İran Azərbaycana nə İslam dini amilinə görə, nə yaxın qonşu kimi, nə ərazisində ən böyük etnik çoxluğun azərbaycanlı olduğu amilini əsas götürərək dost kimi yanaşıb. Qərb ölkələrinin bölgəyə gəlməsi həqiqətən də İranın maraqlarına xidmət etmir. Çünki İrandakı anti-insani, anti-demokratik rejim Qərbin gəlməsilə daha da təhlükəyə düşür. Bu rejimin məhv olunması daha da yaxınlaşır. Buna görə də Qərbi bölgədə ilk olaraq İran   görmək istəmir. İranın Rusiyadakı səfirinin Qərbin regionda möhkəmlənməsinə etdiyi etirazda konkret olaraq Ermənistanın adını çəkməməsi çox təbiidir. Onlar məsələyə “düşmənin düşməni mənim dostumdur” prinsipi ilə ysnaşırlar. Onlar Qərbə nə qədər düşmən olsalar da, Azərbaycan məsələsində bütün düşmənləri ilə dostlaşa bilirlər. Ermənistanın Azərbaycanın üzərundə üstünlüyü saxlaması mövzusunda da bu düşmənlərin mövqeyi üst-üstə düşür. Deməli, həm Azərbaycanın zəifləməsi, həm də Ermənistanın inkişafı ilə bağlı mövzuda bunlar ortaq məxrəcə gələ bilirlər. Zəngəzur yolunun açılmasına etiraz edir, ancaq Qərbin orada yerləşməsinə susur. Zəngəzur məsələsini özünə “qırmızı xətt” elan edən ölkə, 30 illik erməni işğalına göz yumdu. Azərbaycan dilini öz ərazisində qadağan edən bu ölkə erməni dilində məktəblərin açılmasına icazə verir. Hətta İslam ölkəsi ermənilərə spirtli içki içməyə də icazə verir. Bu, İranın ikiüzlülüyünü, Azərbaycana olan münasibətini göstərən əsl nümunədir. Bizim İsraillə ticarət əlaqələrimizi təhlükə sayan bu ölkə Ermənistana Fransa, ABŞ hırbçilərinin və texnikasının gəlməsinə susqun qalır. Biz dəqiq bilməliyik ki, belə ölkədən bizə dost çıxmaz.  İran bütün türk dünyası ilə düşmənçilik aparır. Urmiyada kürdləşmə aparır ki, bizim kökümüzü oradan kəssin”.

Ermənistanın bu yöndə fəaliyyəti İranın sərhədlərini təhdid edir, təhlükəsizliyinə riskq yaradır. Həmçinin, Ermənistanda son dönəmlər anti-İran kampaniyasının da şahidi olduq. Görünür, ABŞ və Avropa ölkələri İrəvan hökumətinə təzyiq göstəriblər ki, İranla münasibətləri soyuqlaşdırsın. Əslində Tehranın İrəvana baxışında dəyişiklik və narahatlıq yaranmalıdır. Artıq İran hər fürsətdə vurğulayır ki, bölgədə kənar gücləri görmək istəmir, ancaq bunu edən Ermənistanın adını çəkmir.

İranın Rusiyadakı səfirinin dilindən səslənən fikirlərdə biz bunu gördük.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
38
36
Mənbələr
Şərh ()
Bağla