AZ

Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 

Əməkdar incəsənət xadimi, bəstəkar Nadir Əzimovun həyat yoldaşının adına olan 3 otaqlı mənzilə həbs qoyulub. 
 
Moderator.az -ın əldə etdiyi məlumata görə, bəstəkar Nadir Əzimovun keçmiş kürəkənin şikayətinə əsasən bu baş verib. 
 
Belə ki, bəstəkarın qızı həyat yoldaşı ilə evlilikdən 8 ay sonra boşanıb. Amma boşanmadan əvvəl cütlüyün bank hesabında mübahisəli pullar olub. Həmin pullar boşanma işi bitməmiş  bəstəkarın qızı keçmiş həyat yoldaşından icazəsiz bankdan çıxarıb. 
 
Nadir Əzimovun kürəkəni bu barədə hüquq-mühafizə orqanlarına şikayət edib. İş məhkəməyə kimi gedib çıxıb. Məhkəmə həmin vəsaiti bəstəkarın keçmiş kürəkəninə qaytarılması barədə qərar çıxarıb. Lakin qərar icra olunmadığından yenidən məhkəməyə şikayət verilib. 
 
Bakı şəhər Nizami rayon Məhkəmənin hakimi Həqiqət Əhmədovanın qərarı ilə, bəstəkar Nadir Əzimovun həyat yoldaşının adına olan Nizami rayonunda yerləən 16- cı mərtəbədə yerləşən ümumi sahəsi 129.70 kv.m olan 3 otaqlı mənzilin üzərinə üzərinə həbs qoyulub.
Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla