AZ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Bakı, 29 mart, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Kürdəmir və Zərdab rayonlarının sakinlərini qəbul edib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Z.Əliyev Ümummilli Lider Heydər Əliyevin Kürdəmir şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Sakinlərin müraciətləri diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla