AZ

Aİ və NATO-nu Ermənistanın real ehtiyacları qətiyyən maraqlandırmır - Rusiya XİN

Bakı. Trend:

Avropa İttifaqını (Aİ) və Şimali Atlantika Müqaviləsi İttifaqını(NATO) Ermənistanın real ehtiyacları qətiyyən maraqlandırmır,respublika üçün müstəsna olaraq Qərbin iradəsinin icraçısı roluayrılıb.

Trend "TASS"agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xariciİşlər Nazirliyindən "Ermənistanın dostları" şəbəkəsinin NATO-nunkeçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi altındahazırlanmış Aİ-İrəvan münasibətlərinin dərinləşməsi haqqındaməruzəsini şərh edərkən bildiriblər.

"Aİ və NATO-nu Ermənistanın real ehtiyacları qətiyyənmaraqlandırmır. Bu, respublikanın Qərbə doğru dönməsininZaqafqaziyanı Qərbin ehtiyaclarına uyğun olaraq yenidənformatlaşdırmaq üçün "az məsrəfli" təşəbbüs olması ilə bağlıfikirdən açıq-aşkar görünür. Bu mühakimələrdə Ermənistan üçünmüstəsna olaraq Brüssel və Vaşinqtonun tapşırıqlarının icraçısırolu ayrılır", - deyə Rusiya XİN bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
44
5
Mənbələr
Şərh ()
Bağla