AZ

Paşinyanın azaltdığı “DEMOKRATİYA DOZASI”: “Hakimiyyətinə qarşı yaranan təhdidlər və…”

“Ermənistan bu gedişlə yaxın perspektivdə müxtəlif cərəyanların toqquşma meydançasına çevriləcək”.

Bu fikirləri Ermənistanda müxalif müxalif cərəyanlara qarşı təzyiqlərin artmasının ölkdaxili siyasi proseslərə gözlənilən təsirini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda daxili siyasi proseslərə bis sıra amillər təsir göstərir:

“Təbii, Ermənistanın baş naziri Nikol Paşinyan dövlətin ən müasir, sivil demokratik normaların tətbiqi ilə idarə edilməsində sona qədər maraqlı ola bilməz. Çünki bu halda onun hakimiyyəti öz-özünə yıxıla bilər.

Ona görə də baş nazir demokratik addımları müəyyən çərçivə daxilində, həm də Qərb dövlətlərinə nəyisə nümayiş etdirmək xatirinə atır. Bu gün Ermənistanda hakimiyyətə kənardan müxtəlif hərbi hücumlarla təsir göstərmək imkanlarının xüsusilə Rusiya üçün məhdud olduğunu da nəzərə almaq lazımdır.

Belə bir şəraitdə Rusiyanın Ermənistanda vətəndaş cəmiyyəti institutlarını, ayrı-ayrı siyasi partiyaları müxtəlif demokratik şüarlar altında daha da aktigvləşdirməyə səy göstərəcəyi şübhəsizdir. Artıq bunun əlamətləri müşahidə edilir. Ermənistan bu gedişlə yaxın perspektivdə müxtəlif cərəyanların toqquşma meydanşasına çevriləcək”.

Nəsimi Ələsgərli

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla