AZ

Xabi Alonso qərarını açıqladı – “Bayer”də qalır

“Bayer”in baş məşqçisi Xabi Alonso alman klubunda qalacağını açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

Alonso qeyd edib ki, bu mövsüm onun gələcəyilə bağlı çoxlu spekulyasiyalar olub:

“Keçən həftə klub rəhbərliyi ilə çox yaxşı görüş keçirdim və onlara “Bayer”də işləməyə davam etmək qərarı barədə məlumat verdim. Hazırda bu klub məşqçi kimi inkişafım üçün ən uyğun yerdir”.

Qeyd edək ki, Alonso ilə “Bayer”in müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. “Bayer” bu mövsümdə keçirdiyi 37 oyundan heç birində uduzmayıb və Almaniya çempionatında “Bavariya”nı 10 balla qabaqlayır.

Xatirə SADİQ,

KONKRET.az

phrase_var_article.chosen
148
8
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close