AZ

Livakoviç “Fənərbağça”dan ayrıla bilər

Dominik Livakoviç yayda “Fənərbağça”dan ayrılmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı qolkiper İstanbul klubunun baş məşqçisi İsmail Kartala bu barədə məlumat verib. O, yayda gələcək təklifləri dəyərləndirmək istədiyini bildirib.

Livakoviç Trabzonda baş verən hadisələrdən sonra bu qərarı verib.

29 yaşlı qapıçı ötən ilin yayında Zaqreb “Dinamo”sundan “Fənərbağça”ya transfer olub. O, bu mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb və 12 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla