AZ

Yaponiya Rusiya ilə ticarətdə güzəşt rejiminin ləğvini uzatdı

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya ilə ticarətdə güzəştli rejimin ləğvini daha bir il uzatmaq qərarına gəlib. 

Valyutra.az xəbər verir ki, bu barədə Kyodo agentliyi yazıb.

Əvvəlcə 31 mart tarixinə qədər ən çox üstünlük verilən rejimin ləğvi tətbiq edilsə də, martın 29-da keçirilən son iclasda bu müddətin 2025-ci ilin mart ayının sonuna qədər uzadılması qərara alınıb.

Bu tədbir Yaponiya tərəfi tərəfindən 2022-ci ilin martında tətbiq edilib və artıq 2023-cü ildə uzadılıb.

Bundan əvvəl yen məzənnəsində rekord eniş baş verib.

Bloomberg öz mənbələrinə istinadən yazıb ki, yen ABŞ-la faiz dərəcələrindəki uçurum səbəbindən 1990-cı illərdən bəri ən aşağı səviyyəyə düşüb - Yaponiya Bankı əsas uçot dərəcəsini 0,25% artıraraq 0,5%-ə qaldırdıqdan sonra məzənnə çöküb.

Maliyyə Nazirliyi, Mərkəzi Bank və maliyyə bazarı tənzimləyicisinin nümayəndələrinin fövqəladə iclasından sonra rəsmilər yenin hazırkı fəlakətli çöküşünün “spekulyativ əsaslara” malik olduğunu bildiriblər. Maliyyə naziri Şuniçi Suzuki xəbərdarlıq edib ki, Tokio valyutanın ucuzlaşmasının qarşısını almaq üçün "bütün variantları" nəzərdən keçirir.

Nicat

phrase_var_article.chosen
70
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close