Bu ölkədə tələbələr kopya çəkməsin deyə bunu etdilər - FOTO
Filippində bir universitetin kənd təsərrüfatı tələbələrinin saxtakarlığının qarşısını almaq üçün qəribə üsul tapılıb.Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippinin Batanqas Dövlət Universitetində keçirilən imtahanda tələbələrin bir-birini kopyalayıb cavablara baxmaması üçün papaq taxmaları istənilib. Rəngarəng görüntülər yaradıldığı üçün tələbələr bu ideyanı çox bəyəniblər. Papaqların formalar, Pokemon, Minecraft-dan Sürünən və Spongebob-dan Patrick kimi personajların bəzədilib. Həmçinin papaqların üzərində “gələcəyin kənd təsərrüfatı mütəxəssisi” yazılıb. Jalə