AZ

Liftdə təhlükəsizlik necə təmin olunmalıdır? - ŞƏRH

Bakı. Trend:

Mart ayının 26-da Bakıda qadın liftin qapıları arasında qalaraqölüb. Belə hadisələr binalarda lift mövzusunu gündəmə gətirir.

Ümumiyyətlə liftdə təhlükəsizlik necə təmin olunmalıdır?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında təhlükəsizlik üzrə ekspert ElmarNurəliyev bildirib ki, liftlərdə mütləq təhlükəsizlik məsələsi önplanda olmalıdır.

"Ümumiyyətlə lift harda quraşdırılıbsa, mütləq onuntəhlükəsizlik istismarına nəzarət edən şəxs olmalıdır. Liftdə hərhansı nasazlıq yaranarsa, texniki xidmətin göstərilməsi, dövrüxidmətlərin göstərilməsi, liftin quraşdırılması, montajı, bütünbunlar akkreditasiyanı keçmiş, ixtisaslaşmış müəssisə tərəfindənhəyata keçirilməlidir. Bununla bağlı lift harda quraşdırılıbsa,həmin müəssisə ilə akkreditasiyanı keçmiş müəssisə xidməti müqaviləbağlayır və müqavilə əsasında bu həyata keçirilməlidir", - odeyib.

Ekspert qeyd edib ki, əgər liftdə hər hansı bir nasazlıq varsa,o liftin istismarı dayandırılmalıdır.

"Nasazlıq aradan qaldırılıqdan sonra liftin istismarı həyatakeçirilməlidir. Nasazlıq normadan artıq yüklənmə olduqda, yahansısa avandanlığının, qurğusunun detalları sıradan çıxmasəbəbindən liftlərdə qəzalar baş verə bilir. Ona göre liftlərdəmütləq istismar müddətinin tələblərinə ciddi riayət etmək lazımdır.Yəni ki , vaxtında dəyişilməli olan, sıradan çıxmış detallarımütləq vaxtı-vaxtında dəyişilməlidir, liftlərin normadan artıqyüklənməməsinə riayət etmək lazımdır. Yəni liftin qırılıb, şaxtayadüşmə halı çox az nadir hallarda baş verir. Çünki müasir liftlərinhər birində ikili sığorta sistemi mövcuddur ki, əyləc sistemi,trosun biri qirildiqda əyləc sistemi işə düşür, liftin sürətiartarsa avtomatik olaraq əyləc sistemi işə düşür. Bu da liftinşaxtaya düşməsinin qarşısını alır. Bu hal köhnə liftlərdə realgörünə bilər, amma müasir liftlərdə çox az nadir hallarda başverir", - deyə o, qeyd edib.

Qeyd edək ki, son illər ərzində dövlət mənzil fonduna aid olanbinalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalıolan liftlərlə əvəz edilib və növbəti mərhələdə 744 yeni liftinalınaraq quraşdırılması nəzərdə tutulub.

Məqalədə:
phrase_var_article.chosen
36
7
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close