AZ

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Bakı, 29 mart, AZƏRTAC

Bülbülün Memorial Muzeyində "Bülbülün qonaqları" rubrikası çərçivəsində görkəmli yazıçı, şair-publisist, tarixi roman janrının banisi Məmməd Səid Ordubadiyə həsr olunmuş tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən muzeyin direktoru Fərqanə Cabbarova vaxtilə qonşu olan bu iki dahi şəxsiyyətin həm dostluq münasibətindən, həm də yaradıcılıq əməkdaşlığından söhbət açıb.

Tədbirdə Ordubadinin libretto müəllifi olduğu Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Nigarın, Həsən xanın ariyalarını Akademik Opera və Balet Teatrın solistləri Fatimə Cəfərzadə və Taleh Yəhyayev səsləndiriblər.

Tədbirdə, həmçinin Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Sevil Abdullayeva musiqisi Fikrət Əmirova, sözləri Məmməd Səid Ordubadiyə məxsus "Gülərəm gülsən" romansını ifa edib.

Sonda "Koroğlu" operasından videomaterial təqdim olunub.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla