AZ

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırdı


ABŞ administrasiyası Merilend ştatının Baltimor şəhərində dağılmış “Frensis Skott Ki” körpüsünün təmiri ilə bağlı ilkin xərclər üçün 60 milyon dollar ayırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Nəqliyyat Departamenti məlumat yayıb.
Departamentdən bildirilib ki, vəsait körpünün təcili təmiri, layihələndirilməsi və yenidən qurulmasına sərf olunacaq. Qeyd olunan məbləğ xərclərin ödənilməsi üçün ilkin vəsait kimi istifadə ediləcək, gələcəkdə zərurət yaranarsa, əlavə vəsait də ayrılacaq.
Qeyd edək ki, martın 26-da “Dali” konteyner gəmisinin “Frensis Skott Ki” körpüsünün dayağına çırpılması nəticəsində körpü çökmüş və 6 nəfərin faciəvi şəkildə ölümünə səbəb olmuşdu.
Seçilən
97
12
Mənbələr
Şərh ()
Bağla