AZ

Vergilərdəki dəyişiklik uzunmüddətli əmanətlərə marağı artırıb – SON RƏQƏMLƏR

Azərbaycanda 2024-cü ilin yanvarın 1-dən Vergilər Məcəlləsinə edilən dəyişiklik əhalidə uzunmüddətli əmanətlərə marağı artırıb. Dəyişiklikdən sonra uzun müddətə yerləşdirilən əmanətlərə görə ödənən faizlərdən vergi alınmır. 


Sfera.az xəbər verir ki, bu il əmanətlərdəki artımın çox hissəsi uzunmüddətli əmanətlərdəki artımın hesabına mümkün olub. 


Yanvar və fevral ayları ərzində əmanətlərin həcmi 319 milyon manat artıb. Ötən ilin sonunda 12,948 milyard manat olan əmanətlərin həcmi bu ilin martın 1-də 13,267 milyard manat təşkil edib. 


Bu dövrdə qısamüddətli əmanətlər cəmi 32 milyon manat artıb. Amma uzun müddətə qoyulan əmanətlərin həcmində artım 287 milyon manat olub. Artımdan sonra uzunmüddətli əmanətlərin həcmi 2,586 milyard manatdan 2,873 milyard manata çatıb. 


Uzunmüddətli əmanətlərin həcmi ilə yanaşı əmanətlərdə payı da yüksəlib. Ötən ilin sonunda əmanətlərin 20 faizi uzunmüddətə qoyulduğu halda, bu ilin martın 1-də həmin göstərici 21,65 faizə çatıb. 


Əmanətlərin uzun müddətə yerləşdirilməsi banklar üçün də əlverişlidir. Uzunmüddətli əmanət çox olanda banklar uzun müddətə kredit verməkdə çətinlik çəkmir, problemli kreditlərin həcmi azalır, maliyyə siyasətlərini daha asanlıqla proqnozlaşdıra bilir.  


Vasif

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla