AZ

Dünyanın ilk 5.5G dəstəyi ilə smartfonu Çində təqdim olundu

Çinin "China Mobile" operatoru 5.5G kimi tanınan "5G-Advanced" şəbəkəsini işə saldığını elan edib. 

Valyuta.az WCCFTech portalına istinadən xəbər verir ki, eyni zamanda, "Oppo" yanvar ayında buraxılmış flaqman "Find X7" və "Find X7 Ultra" smartfonlarının artıq yeni rabitə standartına uyğun olduğunu açıqlayıb.

"Oppo" CEO-su Pit Lau ekranda 5GA simvolunu göstərən "Find X7 Ultra"nın şəklini paylaşaraq cihazın yeni şəbəkəni dəstəklədiyini təsdiqləyib. "5G-Advanced" standartı 10 Gbps-ə qədər yükləmə sürətinə və 1 Gbps-ə qədər yükləmə sürətinə imkan verir.

Bu ilin sonuna qədər yeni standartın Çinin 300 şəhərində istifadəyə veriləcəyi və ilk yüzliyə Pekin, Şanxay və Quançjounun daxil olacağı planlaşdırılır. Test sınaqları artıq Çinin bəzi bölgələrində mövcuddur.

5.5G şəbəkəsinə həmçinin peyk texnologiyalarından istifadə daxildir, bununla əlaqədar "Oppo" peyk dəstəyi ilə yenilənmiş "Find X7 Ultra" flaqman smartfonunu təqdim edib. Qiyməti 7499 yuan (təxminən 1763 manat)) olan yenilənmiş versiya 16 GB operativ yaddaş və 1 TB daxili yaddaş tutumu əldə edib.

Paşa Məmmədli


 

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla