AZ

İran Agentliyi Bakıdakı səfiri istefa verməyə ÇAĞIRIB

İranın dövlət xəbər agentliyi “Tasnim” ölkənin Azərbaycandakı səfiri Abbas Musəvini Baku TV-yə verdiyi müsahibədən sonra istefaya çağırıb.

Modern.az xəbər verir ki, agentlik bu çağırışı edərkən, jurnalistin diplomatik nümayəndəlikdə “uyğun olmayan geyim”lə göründüyünü əsas gətirib.

“Tasnim” xanım jurnalistin hicabsız geyimini “İran İslam Respublikasının rəsmi mövqeyinə təhqir” adlandırıb və səfiri Abbas Musəvini istefa verməyə çağırıb.

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvidən müsahibəni Baku TV-nin əməkdakı Sevinc Gülməmmədova alıb.

 

Seçilən
50
29
Mənbələr
Şərh ()
Bağla