AZ

“Turan Tovuz” dövlətdən icazə gözləyir

“Turan Tovuz”un ev oyunlarını keçirdiyi stadionda işıqlandırma sisteminin quraşdırılmasına gələn ay başlanılması gözlənilir.

Bu barədə Sportinfo.az-a klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov məlumat verib.

O, icazələrin və sertifikatların alınması prosesinin tamamlama müddətinin tam bəlli olmadığını bildirib:

"Bu səbəbdən dəqiq vaxt deyə bilmirik. Hazırda bu proses gedir, bitdikdən sonra işə başlanılacaq.

Klub tərəfindən dörd yeni işıq dirəyi alınıb. Müəyyən texniki prosedurlar və analizlər var ki, onlar da artıq həyata keçirilib.

İndi müvafiq dövlət qurumlarından icazə gözləyirik. O sənəd gələn kimi işə başlayacağıq.

Düşünürəm ki, bütün testlər qısa müddətdə yaxşı nəticə verəcək və komandamız yenidən axşam saatlarında rəqiblərini burada qəbul edə biləcək".

2023-cü il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində güclü külək səbəbindən Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla