AZ

Fransa 300-dən çox dinc əlcəzairlini vəhşicəsinə öldürdüyünü rəsmən qəbul etdi- “1961-ci il Paris qırğını” ilə bağlı qətnamə qəbul edildi

Image

1961-ci il oktyabrın 17-də Parisdə 300-dən çox dinc əlcəzairli nümayişçinin vəhşicəsinə öldürüldüyü “qırğın”ın tanınması və qınanması məqsədi daşıyan təklif Fransa Milli Assambleyasının Baş Assambleyasında müzakirə edilib.

Bir bənddən ibarət qətnamə assambleyada səsə qoyularaq qəbul edilib.

Məcburi olmayan qətnamə 17 oktyabr 1961-ci ildə Paris polisinin yalnız “Əlcəzairli müsəlman fransızlarına” tətbiq etdiyi komendant saatına qarşı çıxan əlcəzairli ailələrin dinc nümayiş keçirdikləri bildirilib.

Əlcəzairli nümayişçilərin o vaxtkı Paris polis rəisi Maurice Paponun əmri ilə polisin sərt və ölümcül müdaxiləsi ilə üzləşdiyini xatırladan təklifdə “1961 Paris qırğını” pislənilib.

Bundan əlavə, "1961 Paris Soyqırımı" üçün bir anma gününün milli günlər və rəsmi mərasimlər təqviminə daxil edilməsi təklif olunur.

Qətnamənin növbəti iclasda parlamentin yuxarı palatası olan Senatda müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Fransada 5 oktyabr 1961-ci ildə Paris və ətraflarında yaşayan əlcəzairlilər üçün komendant saatı tətbiq edilib. 30 minə yaxın əlcəzairli 17 oktyabr 1961-ci ildə Parisdə komendant saatına etiraz etmək və ölkələrindəki müstəqillik mübarizəsini dəstəkləmək üçün dinc nümayiş keçirib. Lakin fəallar o vaxtkı Paris polis rəisi Paponun göstərişi ilə polisin sərt müdaxiləsi ilə üzləşiblər.

Minlərlə insanın yaralandığı, təxminən 14 min adamın saxlandığı hadisədə ümumilikdə neçə nəfərin həyatını itirdiyi rəsmən müəyyən edilməsə də, qırğın şahidləri və müstəqil mənbələr 300-dən çox əlcəzairlinin çoxunun fransız polisi tərəfindən güllələnərək öldürüldüyünü bildirir.

Şahidlərin bildirdiyinə görə, nümayişçilərdən bəziləri Paris polis qərargahının bağçasında və ya metro stansiyalarında öldürülüb.

Fransa 1998-ci ildə 40 nəfərin ölümünü qəbul etsə də, hələ də qətliamı “dövlət cinayəti” kimi tanımayıb.

Tahir TAĞIYEV





Seçilən
79
Mənbələr
Şərh ()
Bağla