AZ

Yunanıstan “Qazprom”u qazı baha satdığı üçün məhkəməyə verdi

Yunanıstanın "DEPA Commercial" şirkətinin rəhbərliyi Rusiya tədarükçüsü qazın qiymətini azaltmaqdan imtina etdiyi üçün “Qazprom”u məhkəməyə verib.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Təchizat müqaviləsi “al və ya ödə” sxeminə əsasən bağlanıb, lakin “Qazprom”la müqavilənin şərtlərindən xammalın dəyəri bir müddət sonra Avropadakı mövcud yanacağın qiymətlərindən yüksək olub. Yunan şirkəti təchizatçı ilə danışıqlar aparmağa çalışsa da heç bir nəticə verməyib. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlib.

Yunanıstan 2022-ci ilin yanvarında “Qazprom” ilə müqavilə imzalayıb və hələ də Rusiya şirkətindən xammal almağa davam edir. İki il əvvəl DEPA şirkəti təklif olunan qiymətləri rəqabətli adlandırsa da, keçən müddət ərzində Avropa qazın qiymətini bir neçə dəfə aşağı sala bilib.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla