AZ

Tarixdə ilk: Qarşıdurma zamanı robot polis iti vuruldu

Tarixdə ilk dəfə silahlı qarşıdurma zamanı növbətçi robot it atəş nəticəsində zədələnib.

Publika.az xəbər verir ki, Massaçusets ştatının polisi evdə barrikada quran bir adamın törədə biləcəyi faciənin qarşısını almağa kömək etdiyi üçün robot itə təşəkkür borcları olduğunu bildirib.

Rosko adlı robot it martın 6-da Barnstable şəhərindəki bir evdə polis güllələndikdən sonra oraya göndərilib.

Evdə silahlı olan şəxs robot itə üç dəfə atəş açıb. Daha sonra polis həmin şəxsi gözyaşardıcı qazdan istifadə edərək zərərsizləşdirib və həbs edib.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla