AZ

Taksilərlə bağlı yeni qaydalar qiymətlərə necə təsir edəcək? – MÜHÜM AÇIQLAMA 

Xəbər verildiyi kimi Nazirlər Kabineti taksi minik avtomobilinə dair tələblər müəyyənləşdirib. Çox saylı tələblər arasında taksi avtomobillərinin yalnız ağ və qırmızı rəngdə olması, minimum “Avro-5” standartına cavab verməsi, istehsal tarixinin 15 ildən artıq olmaması yer tutur. 

Həmçinin, taksilərdə daşıyıcı və sürücü haqqında məlumat lövhəsi, taksometr, gediş haqqının nağdsız ödənilməsi üçün POS-terminalın olması da qoyulan tələblərdəndir. Qaydalar iyul ayının 1-dən tətbiq olunacaq.

Aydın məsələdir ki, tələblərə cavab verməyən taksi şirkətləri bazardan çıxmaq məcburiyyətində qalacaq. Bununla da taksilərin sayı azalacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Taksilərdə pos-terminallar quraşdırılacaq


Cəmiyyətdə isə taksilərə qoyulan tələbin ən çox da qiymətə təsiri daha çox müzakirə olunan məsələdir. Çünki hazırda taksi xidmətinə görə ödənilən gediş haqqı nisbətən sadə insanların cibinə uyğundur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, taksi qiymətlərinin iki dəfə bahalaşması gözləniləndir:

“İqtisadiyyatın çox sadə qanunları var, bu qanunlar həmişə işləkdir. Təklif azalan kimi qiymət artır. Təbii ki, taksi xidmətində ciddi dəyişiklik olacaqsa, say azalacaqsa, qiymət artacaq. Bakı şəhərində taksi sayının 60 mindən 20 minə salınması planlaşdırılır. Ən yaxşı halda qiymətlərin iki dəfə artması gözlənilir. Ola bilər ki, biz daha çox artım da görək”.

Günay Şahmar, Bizim.Media

Seçilən
35
39
Mənbələr
Şərh ()
Bağla