AZ

"Putin təkcə ordunun deyil, həm də saxta xəbərlərin köməyi ilə müharibə aparır" - Almaniya XİN

“Kreml yalan məlumatlar yaymaqla demokratiyanı məhv etməyə çalışır”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Vladimir Putin təkcə silahlı qüvvələrinin deyil, həm də saxta xəbərlərin, manipulyasiyaların  köməyi ilə müharibə aparır”, – Berbok bildirib.

Berbok bu kampaniyanın elementlərindən biri kimi “Avropanın Səsi mediasını” misal çəkib. Martın 27-də Çexiya hökuməti ölkənin xüsusi xidmətinin Moskva tərəfindən maliyyələşdirilən təbliğat şəbəkəsini aşkarladığını elan etdi. “Avropanın Səsi” adlı internet saytından Qərbin Ukraynaya dəstəyinin səviyyəsini azaltmaq üçün istifadə edilir.

Azpost.info

Seçilən
112
30
Mənbələr
Şərh ()
Bağla