"Çelsi" 2027-ci ildə idarə heyətinin sədrini dəyişəcək.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, amerikalı sərmayəçilər “Çelsi”ni alarkən hər 5 ildən bir klub idarə heyətinin sədri vəzifəsini öz aralarında ötürmək üçün razılığa gəliblər. Hazırda bu vəzifəni "zadəganlar"ın həmsahiblərindən biri, iş adamı Todd Boeli tutur.
2026/27 mövsümünün bitməsindən sonra idarə heyətinin sədri rolunu Behdad Eqbali və ya Feliçiano üzərinə götürə bilər. Onlar razılığa gəlsələr, bu vəzifəyə başqa bir şəxsi və ya nümayəndələrini də təyin edə bilərlər.