AZ

Fransa Təhlükəsizlik Xidməti Olimpiadanın açılışından imtina edilməsini məsləhət görür

Fransa Daxili Təhlükəsizlik üzrə Baş İdarəsi Yayda keçiriləcək Olimpiya oyunlarının açılış mərasiminin təxirə salınmasını məsləhət görür. Bu barədə “Europe 1” kanalı məlumat verib.

Qorxunun səbəblərindən biri terror aktı ehtimalının yüksək olmasıdır. Yaxın günlərdə Fransa daxili işlər naziri Jerar Darmanen, təhlükənin haradan qaynaqlandığı və hansı ssenariyə uyğun təşkil edilə biləcəyi ilə bağlı məlumatlandırılacaq.

Xatırladaq ki, martın 22-də Rusiya paytaxtı Moskvada baş verən hadisədən sonra terror yenidən dünya mətbuatının gündəmindədir. Olimpiadanın açılış mərasimi isə iyulun 26-da olacaq.

Seçilən
33
4
Mənbələr
Şərh ()
Bağla