AZ

Deşam Mbappenin Marseldə fitə basılmasını tənqid etdi

Fransa yığmasının baş məşqçisi Didye Deşam Marselin “Velodrom” stadionunda Çili yığması ilə oyunda (3:2) yaşanmış xoşagəlməzliyi pisləyib.

Arena.az “Ekip” dərgisinə istinadən məlumat verir ki, fransız mütəxəssis “xoruzlar”ın və PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin yerli Marsel “Olimpik”inin azarkeşləri tərəfindən fitə basılmasını tənqid edib.

Xatırladaq ki, PSJ və Marsel “Olimpik”i Fransa futbolunda əsas rəqabət müstəvisini təşkil edirlər.

“Təəssüf ki, bu məni təəccübləndirmədi. Hər kəs PSJ və Marsel arasındakı rəqabətdən və bazar günü keçiriləcək oyundan xəbərdardır. Belə olmamalı idi. Bu, Fransa komandasıdır, bu, onun kapitanıdır. Bu isə yeganə hal deyil. Məsələ təkcə Marselə aid deyil. Digər yerlərdə digər oyunçular fitə basıla bilərlər. Çempionat zamanı fitə basılmaqla bağlı heç bir dərdimiz yoxdur, amma belə hallarda bu, baş verməməlidir. Yumşaq desək, bu, daha da pis olmasa da, məyusedicidir”, deyə Deşam vurğulayıb.

Vurğulayaq ki, Mbappenin Marsel fitbazlarını son dəfə cəzalandırmaq fürsəti olacaq. Belə ki, martın 31-də Fransa Liqa 1-in 27-ci turu çərçivəsində Marsel “Olimpik”i PSJ-ni qonaq qəbul edəcək. Mbappe bu oyunda komandasının qələbəsini təmin etməklə “Velodrom”un ağzını yuma bilər. Oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla