AZ

“Neftçi”dəkiləri sevindirən XƏBƏR

Premyer Liqanın 28-ci tturunun prinsipial oyunlarından biri Qəbələdə baş tutacaq.

Yerli komanda ötən mövsüm kubokun final qarşılaşmasında məğlub etdiyi “Neftçi”ni qəbul edəcək.

Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv bu oyuna itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, komandanın aparıcı simalarından olan İlkin Qırtımovla Bilel Auaşeriya “ağ-qaralar”a qarşı oynaya bilməyəcək. Hər iki futbolçu vərəqə cəzalısıdır.

Martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” qarşılaşması saat 16:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla