AZ

Zaqatala RMX-da Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə çıxış edən müəssisənin direktoru Tamara Nurəliyeva 918-ci ildə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrdən, tarix boyu ermənilərin öz havadarlarına söykənərək azərbaycanlılara qarşı təcavüzkar siyasət yeritdiklərindən, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən bu hadisələrə hüquqi qiymət verilməsindən bəhs edib. Bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın haqq səsi artıq dünya ictimaiyyəti tərəfindən qəbul olunur.
 
Qeyd olunub ki, Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır.
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla