AZ

Mayamidə yarımfinalçılar bəlli olub

Amerikada keçirilən “Mayami Masters” turnirində kişilərdə son yarımfinalçılar da bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, Aleksandr Zverev 1/4 finalda qarşılaşdığı macarıstanlı Fabian Marojanla qarşılaşıb. Almaniyalı tennisçi hər 2 setdə rəqibini məğlub edərək 1/2 finala yüksəlib – 2:0 (6-3, 7-5). 

“İndian Vells”in qalibi olan Karlos Alkaras Qriqor Dimitrovla bacarmayıb. Bolqar tennisçi hər 2 setdə üstün olub – 2:0 (6-2, 6-4).

Yarımfinallarda Daniil Medvedevlə Yannik Sinner, Zverevlə isə Dimitrov üz-üzə gələcək.

 

 

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla