AZ

Rusiya Ukraynada yeni və böyük hücuma hazırlaşır…

Image

Üçüncü ildir davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Moskvadakı hücum və Rusiyanın Kiyevi ittiham etməsi ilə bölgədəki gərginlik daha da artıb. Qərbin Ukraynaya dəstək bəyanatlarından sonra Rusiya prezidenti Vladimir Putinin təhdidləri diqqət çəkib.

Rusiyanın cəbhə xəttində yeni və böyük hücuma hazırlaşdığını yazan Britaniyanın “The Economist” qəzeti Ukraynanın müttəfiqlərinin Kiyevə yardımlarının azalmasına diqqət çəkib.

Ukraynalıların hazırki vəziyyətlərinə görə "başa düşülən şəkildə" dünya siyasətçilərini günahlandırdıqlarını ifadə edən qəzet yazır ki, Ukraynanın Qərb müttəfiqlərinin diqqəti yayındırılıb, Yaxın Şərq, yaxınlaşan seçkilər və öz iqtisadi problemləri ilə məşğuldurlar: "Ukraynalı əsgərlər artilleriya mərmilərini paylamağa məcbur edilir, Rusiya ordusu bəzi yerlərdə onlardan beş qat daha çoxdur. Təkcə ötən həftə Ukraynaya bir gecədə 150-dən çox pilotsuz təyyarə və raket buraxılıb, ancaq Ukraynada müdafiə silahları, xüsusən də ən ölümcül silahların qarşısını ala biləcək silahlar tükənir"

Qərbin Ukraynaya F-16-ların da daxil ediləcəyi yardım planından sonra Rusiya prezidenti Putin təhdid dolu açıqlamalar verib.

Qərb ölkələrinin Ukraynaya F-16 döyüş təyyarələri vermə planı və ukraynalı pilotların yetişdirilməsi ilə bağlı danışan Putin bildirib ki, bu, münaqişə bölgəsində heç nəyi dəyişməyəcək.

“Biz bu gün tankları, zirehli texnikanı və digər hərbi texnikanı, o cümlədən çoxsaylı buraxılış sistemlərini məhv etdiyimiz kimi (F-16 model) təyyarələri də məhv edəcəyik”, - o deyib.

F-16 döyüş təyyarələrinin nüvə silahı daşıma qabiliyyətinə malik olduğuna diqqət çəkən Putin, bu təyyarələrlə döyüşərkən bunu nəzərə alacaqlarını da bildirib.

Rusiya lideri Ukraynaya veriləcək bu təyyarələrin NATO aerodromlarından istifadə ediləcəyi təqdirdə nə ediləcəyinə də aydınlıq gətirib: “Təbii ki, bu təyyarələr üçüncü ölkələrin aerodromlarından istifadə edilərsə, harada olursa olsun bizim üçün qanuni hədəfə çevriləcək”.

Tahir TAĞIYEV





Seçilən
150
42
Mənbələr
Şərh ()
Bağla