AZ

Rusiyada daha bir iş adamı milyarderlər sırasına qoşuldu - Forbes"

“Astra Group”un Direktorlar Şurasının sədri Denis Frolov dollar milyarderinə çevrilib.

Azpost.info xəbər verir ki, bu arədə “Forbes” yazır.

Bu, dövlət qurumları üçün əməliyyat sisteminin tərtibatçısı olan “Astra Linux” şirkətinin səhmləri kəskin bahalaşdıqdan sonra baş verib.

Bir həftə əvvəl “Astra Group”un bir səhmi təxminən 596 rubla başa gəlirdi və artıq martın 28-də onun qiyməti 700 rublu keçdi.

Frolov 151,6 milyon səhmə sahib olduğu üçün onun maliyyə sərvəti 102 milyard rubl və ya 1,1 milyard dollara qədər artıb.

Frolov proqram təminatı sənayesində kapital qazanan ikinci rusiyalı milyarderdir. Birinci yerdə sərvəti 2 milyard dollardan çox olan “Kaspersky Lab” şirkətinin sahibi Yevgeni Kasperskidir.

Azpost.info

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla