AZ

Tehran əlaqələrinin inkişafında maraqlı olmadığını göstərir

İran Azərbaycan arasında siyasi münasibətlər yenidən kəskinləşib. Xüsusilə İranda Azərbaycana qarşı separatizmi dəstəkləyən konfransın təşkil olunması, SEPAH "Huseyniyyun" terror təşkilatının fəallaşması, kütləvi informasiya vasitələrində anti-Azərbaycan kampaniyası davam etməsi ikitərəfli münasibətlərin kəskinləşməsinə gətirib çıxarıb.

Azərbaycan Tehranın israrlı danışıqlarından sonra, səfirliyinin açılması istiqamətində addımlar atırdı. Artıq Tehranda səfirliyin açılması gözlənilmir. Bundan əlavə, Azərbaycanın Tehranda səfirliyinə qarşı terror hücumundan təqsirli bilinən şəxslə bağlı qərar qəbul edilməməsi də İranın əlaqələrin inkişafında maraqlı olmadığını göstərir. 

Məhəmməd Əsədullazadə

visiontv.az



Seçilən
91
Mənbələr
Şərh ()
Bağla