AZ

Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarının təqvimi

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri aprelin 24-də baş tutacaq. Həmin gün “Qəbələ” öz meydanında “Zirə”ylə, “Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” ilə qarşılaşacaq.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
24 aprel

17:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu.

20:00. “Qarabağ” – “Neftçi”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Seçilən
105
6
Mənbələr
Şərh ()
Bağla