Basketbol üzrə son ölkə çempionatının qalibi hazırda turnir cədvəlində “Xəzri”dın geridədi. Üstəlik litvalı mütəxəssisin çalışdırdığı komanda dünən ölkə kubokunda qrup mərhələsinin son turunda “NTD-İndiqo” 85:89 uduzmaqla yarımfinaldan kənarda qaldı. Görəsən, “NTD-İndiqo” nəyin hesabına qalib gəlib? “Sabah” zəifləyib, yoxsa başqa komandalar güclənib? Bu suallarla “NTD-İndiqo”nun baş məşqçisi Tahir Baxşıyevə müraciət etdik:
“Hədəfimiz həmişə olduğu kimi çempionluqdu. “Sabah” çox güclü komandadı, sadəcə, biz daha çox qalib gəlmək istəyirdik. Hər şey istədiyimz kimi oldu”.
GÜNAY SÜLEYMANOVA