AZ

Paşinyan nəhayət başa düşdü ki, Ermənistan hökuməti buna göz yuma bilməz...

Fransanın “Le Figaro” qəzetində Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində yaratmış olduğu və artıq tarixin zibilxanasına atılmış separatçı rejimin tör-töküntüləri ilə müsahibənin dərc edilməsindən və həmin müsahibədə separatçı ünsür Samvel Şahramanyanın “mühacir artsax hökuməti”ndən dəm vurması və özünü də “mühacirətdə olan prezident” kimi təqdim etməsindən sonra, Ermənistanın Baş naziri Nikol Paşinyan nəhayət başa düşdü ki, Ermənistan hökuməti buna göz yuma bilməz.

Ona görə də Paşinyan hökumətin bugünkü iclasında Qarabağ ermənilərinə xəbərdarlıq edərək bildirib ki, Ermənistan "mühacirətdə olan Qarabağ hökuməti"ni tanımır və belə bir hökumət yoxdur.

Sitat:

"Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər edirlər, mühacirətdə hökumət elan edir və s. addımlar atırlar. Ermənistan mühacirətdə olan belə bir "hökumət"i tanımır. Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu hökumət bu salonda oturur".

Nikol Paşinyanın bu açıqlaması bir qədər gecikmiş olsa da, amma önəmli açıqlamadır. Bu açıqlama ilə Qarabağı tərk etmiş erməni separatçılarının İrəvanda elan etdikləri "mühacir sartsax hökuməti"nin "fatihə"si verilmiş oldu. Bunu "Figaro”nun dolayısı yolla ermənilərə pis sürprizi də hesab etmək olar. Hərçənd ki, "Fiqaro"nun özü də ermənipərəst qəzetdir...

P.S.

Yeri gəlmişkən, bu gün Fransada və Almaniyada fəaliyyət göstərən "Qərbi Ermənistan mühacir hökuməti" adlı başqa bir qondarma qurum da var. Bu qurum Anadolu (Türkiyə) torpaqlarına iddia edir. Azərbaycan və Türkiyə ərazilərinə iddia edən bu cür separatçı qurumların hamısını zamanla çökdürməliyik.

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
164
50
Mənbələr
Şərh ()
Bağla