AZ

Sabirabad sakininə çoxsaylı xəsarət yetirilməsi ilə bağlı iş məhkəməyə göndərildi

Bakı. Trend:

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyəgöndərilib.

Sabirabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən ilinsentyabrın 24-də Sabirabad rayon sakini Ceyhun Mehdiyevəkəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməsi faktı üzrəbaşlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Salyan rayon sakini Elmin Abdullayevin Sabirabadrayonunun Xankeçən kəndi ərazisində xuliqanlıq niyyəti ilə CeyhunMehtiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyəcəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elmin Abdullayevə Cinayət Məcəlləsinin29, 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və221.1-ci (xuliqanlıq) maddələri ilə yekun ittiham elan edilib vəmüstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinəgöndərilib.

Seçilən
73
8
Mənbələr
Şərh ()
Bağla