AZ

Yaqub Eyyubov MDB İqtisadi Şurasının iclasında iştirak edib

Moskvada martın 29-da MDB İqtisadi Şurasının 101-ci iclası keçirilib, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri nəzərdən keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, iclasa Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk sədrlik edib.

İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İqtisadi Şuranın üzvləri MDB-nin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının 2019-2023-cü illərdə fəaliyyəti haqqında məlumatı dinləyiblər.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla