AZ

Aqrar Sığorta eksperti təlimi üçün müraciət müddəti uzadıldı – YENİ TARİXLƏR

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən nəmizədlər üçün müraciət müddəti uzadılıb.

Təlimə marağın böyük olması və namizədlərin çoxsaylı müraciətləri nəzərə alaraq sənədlərin qəbulu 2024-cü ilin martın 31-dək uzadılıb.

Aqrar Sığorta Fondunun məlumatına görə, ekspert təlimlərində iştirak etmək istəyən namizədlər tələb olunan məlumatlar və sənədləri təqdim etməklə göstərilən tarixədək Fonda müraciət edə bilərlər.

Müraciət qəbulunun müddətinin uzadılması ilə əlaqədar olaraq ekspert təliminin tarixi də dəyişdirilib – ekspert təlimləri 15-21 aprel tarixlərində keçiriləcək.

Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında keçiriləcək.

Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahana buraxılır. İmtahandan uğurla keçən namizədlər müstəqil aqrar sığorta eksperti sertifikatı alaraq fəaliyyətə başlayacaqlar.

Ekspert təlimi ilə bağlı ətraflı məlumat:

//asf.gov.az/elanlar/aqrar-sigorta-fondu-namizedler-ucun-telimler-kecirecek-muracietler-basladi

 

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

 

Seçilən
58
4
Mənbələr
Şərh ()
Bağla